Moskvadakı qasırğa: 16 nəfər ölüb, 150 nəfər xəstəxanalara yerləşdirilib

Moskvadakı qasırğa: 16 nəfər ölüb, 150 nəfər xəstəxanalara yerləşdirilib

GünAz TV: Rusiya paytaxtı Moskvada güclü qasırğa nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.

 

Bu barədə ölkənin İstintaq Komitəsi məlumat verib.

 

Güclü qasırğa 3,5 mindən çox ağacın yerindən qopmasına, 1500-dən artıq avtomobilin zərər görməsinə və 15O nəfərin xəsarət almasına səbəb olub. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onların arasında uşaqlar da var.

 

Ötən gün və bu gün Moskvada şiddətli qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN