Mosulda biri 16 yaşında olan 4 alman qadın terrorçu tutuldu

Mosulda biri 16 yaşında olan 4 alman qadın terrorçu tutuldu
GünAz TV: «Mosulun DAİŞ terror təşkilatının əlindən qurtarma əməliyyatında tutulan dörd alman qadından birinin 16 yaşındakı şagird qız olduğu aydın olub».
 
 

Almaniya mətbuatında bir anda gündəm olan gənc qızın Drezdendə yaşadığı, Frankfurt üzərindən əvvəl Türkiyəyə uçaraq daha sonra da Suriyaya getdiyi öyrənilib.

 

Drezden prokurorluğundan edilən açıqlamada deyilir ki, böyük bir ehtimalla da Linda İraqda mühakimə olunacaq. Xarici olduğu üçün və yaşı kiçik olmasından ötəri bəlkə də deport edilə bilər. Həmçinin Almaniyaya geri göndərilmə ehtimalı da var.

 

Tutulan digər Alman vətəndaşı qadınlardan birinin Çeçenistan və digərinin də Mərakeş əslli olduğu ifadə edilib. Qadın xadimlərin ehtiyaclarını İraqdakı Almaniya konsulluğunun qarşıladığı açıqlanıb. Rəsmilər gənc qızın Almaniyada da həbsə girə biləcəyini, lakin yaşının kiçik olmasından ötəri cəzasının yüngülləşdiriləcəyini söyləyir.

 

R.X


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN