Mosulda Həşdi Şəbidən qan donduran Video Görüntü - VİDEO

Mosulda Həşdi Şəbidən qan donduran Video Görüntü - VİDEO

GünAz TV: İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün başlanan əməliyatlarda 4 mindən çox sivil vətəndaş həlak olub, 2 mindən çox şəxs isə çökən binaların altında qalıb.

 

Davam edən əməliyyatlar zamanı çəkilən görüntülər isə izləyənlərin qanını dondurdu. Türkiyə mediasının yaydığı məlumata görə, həyatını itirən yüzlərlə sivilin cəsədlərinə qeyri-insani davranış ortaya çıxıb. Mosulda çəkilən görüntülərdə İranın dəstəklədiyi Həşdi Şəbi silahlılarının kimyəvi silahla hücum zamanı həyatını itirənlərin cəsədlərinə işgəncə verdiklər görünür. Videoda həşdi şəbi silahlılarının qəhqəhə ilə bir dərənin kənarında sıralanan meyitləri buldozerlə kürüyərək quyuya tökdükləri əks olunur.

 

Video:

https://www.youtube.com/watch?v=GWN1WlDjN1E

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN