Mövlud Çavuşoğlu amerikalı həmkarı Mayk Pompeo ilə görüşüb: "Münbiç və Suriyadakı vəziyyət müzakirə olunub"

Mövlud Çavuşoğlu amerikalı həmkarı Mayk Pompeo ilə görüşüb:

GünAz TV: Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo ilə görüşərək Türkiyə-ABŞ ikitərəfli münasibətləri, Münbiç yol xəritəsi, Suriya və digər regional məsələləri müzakirə edib.


M.Çavuşoğlu amerikalı həmkarı ilə ABŞ-ın paytaxtı Vaşinqtonda Dövlət Departamentində (Xarici İşlər Nazirliyində) görüşüb.

 

M.Pompeo ilə görüşdən sonra sosial şəbəkə “twitter” hesabından açıqlama edən Çavuşoğlu söhbət zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, Münbiç yol xəritəsi, Suriya və digər regional məsələləri müzakirə etdiklərini bildirib. Görüşün uğurlu keçdiyini vurğulayan nazir Suriyada PKK/PYD-YPG-nin Münbiçi boşaltması məsələsində müsbət nəticə gözlədiklərini yazıb.

 

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda da “Çavuşoğlu-Pompeo görüşündə Münbicdə yol xəritəsi təsdiq edildi" deyilir.


Qeyd edək ki, separatçı terror təşkilatı PKK/PYD-YPG Suriyanın Hələb rayonuna bağlı Münbic rayonunu 2016-cı ilin avqust ayında ABŞ-ın dəstəyilə terror təşkilatı DAEŞ-dən alaraq işğal etmişdi. DAEŞ-ə qarşı mübarizə bəhanəsilə PKK/PYD-YPG-yə dəstəyini davam etdirən ABŞ rayon mərkəzinin DAEŞ-dən təmizlənməsindən sonra PKK/PYD-YPG-nin çıxarılması məsələsində Türkiyəyə zəmanət verib, lakin bunu yerinə yetirməyib. TRT



N.S



HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN