MSK İstanbul bələdiyyəsinə keçirilən seçkilərin nəticələrini ləğv edib

MSK İstanbul bələdiyyəsinə keçirilən seçkilərin nəticələrini ləğv edib

GünAz TV: Türkiyə Mərkəzi Seçki Komissiyası martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib. 

 

Qurumun mayın 6-da keçirilən fövqəladə iclasında hakim Ədalət və İnkişaf Partiyasının etirazı qəbul edilib. 

 

İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilər iyunun 23-də keçiriləcək. 

 

Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb.

Hakim partiya İstanbulda səsvemənin nəticəsinə etiraz edirdi.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN