MSK İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsi qərarına aydınlıq gətirib

MSK İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsi qərarına aydınlıq gətirib

GünAz TV: Türkiyənin Mərkəzi Seçki Komissiyası İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsi barədə qərarına aydınlıq gətirib.

 

"Trend"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, MSK-dan bildiriblər ki, qanunvericiliyin tələblərinə baxmayaraq, İstanbulda seçki məntəqələrinin 225 rəhbəri və 3500 üzvü dövlət işçisi olmayıb.

 

Bunda əlavə, ölkədə bələdiyyə seçkilərinin yekun nəticələri də açıqlanıb.

 

Səsvermənin yekun nəticələrinə əsasən, Ədalət və İnkişaf Partiyası - 54,76 faiz, Cümhuriyyət Xalq Partiyasının - 17,71 faiz, Milliyyətçi Hərəkat Partiyası - 17,20 faiz, Xalqların Demokratik Partiyası - 4,21 faiz, "İYİ Parti" - 1,77 faiz, Səadət Partiyası - 1,55 faiz səs toplayıblar.

 

Qeyd edək ki, İstanbulda təkrar bələdiyyə seçkiləri iyunun 23-ü keçiriləcək.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN