Müəmmar Qəddafinin oğlu azadlığa buraxılıb

Müəmmar Qəddafinin oğlu azadlığa buraxılıb

GünAz TV: Liviyanın (Libi) keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi azadlığa buraxılıb.

 

Xarici mətbuatda yayılan məlumata görə, o ölkənin qərbində cəza çəkdiyi həbsxanadan azad edilib.

 

Seyf əl-İslam Qəddafi, həbsxananı tərk etdikdən sonra ölkənin şərqindəki Əl-Bayd şəhərinə gəlib.

 

O 2011-ci ildə əsir götürülərək indiyədək Liviya həbsxanasında saxlanılıb. 2015-ci ildə ölüm cəzasına məhkum edilən Seyf əl-İslam Qəddafi Liviya parlamentinin qəbul etdiyi ümummilli amnistiya qərarı əsasında azadlığa buraxılıb.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN