Münxen Təhlükəsizlik Konfransının sədri: “İranın Avropada casusluq fəaliyyətləri bu ölkənin özünə zərbə vurur”

Münxen Təhlükəsizlik Konfransının sədri: “İranın Avropada casusluq fəaliyyətləri bu ölkənin özünə zərbə vurur”

GünAz TV: Münxen Təhlükəsizlik Konfransının sədri, almaniyalı diplomat Volfqanq İşinger İranın Avropa ölkələrində casusluq fəaliyyətini kəskin tənqid edib.

 

O, bildirib ki, Avropa İranla imzalanmış nüvə razılaşmasını qoruyub saxlamağa cəhd göstərərkən, rəsmi Tehranın bu cür addımları Avropa İttifaqının bu istiqamətdə atacağı addımlara öz təsirini göstərəcək. Diplomat həmçinin Avropanın razılaşmadan çıxmamasının zərurətini vurğulayıb.

 

İşinger İranın casusluq fəaliyyətini qınayaraq, əlavə edib ki, lakin hətta bu sahədə rəsmi razılaşma olsa belə, İran və ya digər bir ölkənin Avropada casusluq fəaliyyətini dayandıracağını düşünmək yalnız xam xəyal ola bilər.

 

O, İranı rəhbərlərini ağıllı siyasət yürütməyə, öz ölkələrinə zərər verəcək bu cür addımlardan çəkinməyə çağırıb.

 

Qeyd edək ki, yanvarın 15-də Almaniya bəyanat yayaraq, bu ölkənin ordusunda tərcüməçi kimi işləyən əfqan əsilli Almaniya vətəndaşının İrana casusluq etdiyinə görə həbs edildiyi barədə xəbər vermişdi. Bundan əvvəl də İran xüsusi xidmət orqanları müxtəlif Avropa ölkələrində kəşfiyyat- təxribat işləri ilə məşğul olublar. Bu səbəbdən yanvar ayının əvvəllərində Avropa Birliyi ona üzv ölkələrdə terror törətmiş və buna cəhd göstərmiş 2 ETTELAT rəsmisinə qarşı sanksiya tətbiq etmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN