Naməlum PUA "Həşdəş-Şəbi"nin İraqın Ənbar vilayətində yerləşən silah anbarını bombalayıb

Naməlum PUA

GünAz TV: İranın dəstəklədiyi "Həşdəş-Şəbi" yaraqlılarının İraqın Ənbar vilayətinin qərbində, Hit şəhərində yerləşən silah anbarında güclü partlayış baş verib.

 

Hadisə nəticəsində çoxlu sayda yaralanın olduğu deyilsə də, ölənlər barədə məlumat verilmir.

 

Hadisənin şahidi olan iraqlı hərbçilərdən birinin yerli media orqanlarına dediklərinə görə, partlayışdan öncə silah anbarının üzərində pilotsuz uçan aparat görünüb.

 

Hələlik İraq rəsmi olaraq xəbəri təsdiqləməyib və hücumla bağlı heç bir ölkə məsuliyyəti öz üzərinə götürməyib.

 

Xatırladaq ki, 2 gün öncə İsrail Hərbi Hava Qüvvələrinin Suriya və İraqda İranın dəstəklədiyi yaraqlı qruplaşmalara endirdiyi hava zərbələri nəticəsində 18 yaraqlı həlak olmuşdu.

 

Digər tərəfdən, son aylar ərzində İsrail İranın maliyyə və hərbi yardım göstərdiyi "Həşdəş-Şəbi" qruplaşmasına qarşı bir neçə dəfə hava əməliyyatı həyata keçirib. Nəticədə onlarla yaraqlı ölüb və onlara məxsus silah anbarları, eləcə də qərərgahlar dağıdılıb.

 

İsrailin baş naziri Benyamin Netanyahu bir müddət öncə bu hücumlarla bağlı etdiyi çıxışda bildirmişdi ki, rəsmi Tehran ölkəsini "məhv etmək"lə təhdid etdiyinə görə, bundan sonra İranın heç bir yerdə toxunulmazlığı olmayacaq. İsrail təhlükə hiss etdiyi an onu mənbəyində yox edəcək.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN