“Nardaran işi-3” məhkəməsində hökm oxunub

“Nardaran işi-3” məhkəməsində hökm oxunub

GünAz TV: Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi-3" üzrə prosesdə 12 müttəhimin barəsində hökm oxunub.

 

Həmin şəxslər 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar. Hadisələrlə bağlı "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadə və onun tərəfdaşlarından ibarət qrup həbs olunub.

 

Həbs olunanlar T.Bağırzadənin təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 10 maddəsi ilə ittiham irəli sürülüb: terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət göstərmək və başqa.

 

Müttəhimlər özlərini günahkar saymayaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını iddia ediblər.

 

Bu gün məhkəmə ilahiyyatçı Zülfüqar Mikayılovu 17 il azadlıqdan məhrum edib. Ruzi İsmayılov və Cabir Əliyev hər biri 16 il, Ramil Seyfullayev, Mübariz İbrahimov 15 il, Elxan Həsənov 14 il, Faiq Allahverdiyev, Mehman Quliyev, Elman Ağayev 13 il, Əli Hüseynov, Mehman Məmmədov, Eldar Bünyatov 12 il 3 ay azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Azərbaycanın hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirərkən, polis qüvvələri İran rejiminin təsiri altında olduqları deyilən islamçı ekstremistlərin atəşinə məruz qalmışdır. Bundan sonra polisə müqavimət göstərən dəstənin üzvlərindən 4-ü zərərsizləşdirilib, hökumət qüvvələrindən isə 2 polis, ekstremistlərin açdığı atəş nəticəsində şəhid olmuşdur. Hadisə ilə bağlı bir neçə nəfər həbs edilmişdir.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN