NATO baş katibi Türkiyədən üzr istəyib

NATO baş katibi Türkiyədən üzr istəyib

GünAz TV: NATO baş katibi Yens Stoltenberq Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsi ilə bağlı Türkiyədən üzr istəyib.


 
APA-nın xəbərinə görə, NATO-nun Müttəfiq Qüvvələr Komandanlığı isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına üzrxahlıq məktubu yollayıb.


 
Qeyd edək ki, NATO-nun yaydığı üzrxahlıq açıqlamasında Ərdoğanın fotosunu seçən hərbçinin ordu sıralarından xaric olunduğu bildirilib. Həmin hərbçinin Norveç Ordusunda xidmət edən türk əsilli zabit olduğu müəyyənləşib. Onun sosial şəbəkələrdə Ərdoğanın adına saxta hesab açdığı da üzə çıxıb.


 
Qeyd olunub ki, təlimdə Atatürkün fotosunu texnik seçib. Həmin şəxs də vəzifəsindən uzaqlaşdırılıb.


N.S
 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN