NBC televiziyası Boltonun CİA-nın binasında İran mövzusunda yüksək amerikalı rəsmilərlə görüş keçirdiyi barədə xəbər yayıb

NBC televiziyası Boltonun CİA-nın binasında İran mövzusunda yüksək amerikalı rəsmilərlə görüş keçirdiyi barədə xəbər yayıb

GünAz TV: Amerikanın 6 dövlət rəsmisinin verdiyi məlumata görə, ötən həftə Donalt Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ölkənin yüksək rütbəli kəşfiyyat xidməti əməkdaşları, diplomatlar, eləcə də Ağ Evin hərbi ekspertləri ilə Mərkəzi Kəşfiyyat İdarəsinin binasında görüş keçirib.

 

NBC televiziyasının yaydığı məlumata əsasən, aprelin 29-da səhər saatlarında keçirilmiş görüşdə CİA rəhbəri Gina Haspel, Müdafiə Naziri əvəzedicisi Patrik Şanahan, baş qərərgah rəisi, general Cozef Danfurd, Xarici İşlər Naziri Mayk Pompeo və Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts direktoru iştirak ediblər.

 

Milli təhlükəsizlik məsələlər adətən əməliyyat qərargahında və ya Ağ Evdə müzakirə edildiyindən, CİA-də baş tutan görüşlər nadir görüş hesab edilir.  

 

Rəsmilərin dediklərinə görə, ötən həftəki görüşün mövzusu ABŞ-ın Yaxın Şərq regionuna Abraham Linkoln təyyarə daşıyan gəmi və B-52 bombardımançılar göndərməsinə səbəb olan kəşfiyyat məlumatı olmayıb. Eyni zamanda onlar Boltonun yüksək ranklı dövlət məmurları ilə İran ətrafında hansı müzakirələr apardığını açıqlamayıblar.

 

CİA-nın sabiq əməkdaşları olan 5 nəfərin NBC telekanalına verdikləri məlumata əsasən, bu tip görüşlər adətən çox kritik gizli əməliyyatlar və onların nəticələrini və ya yeni əməliyyatın variantlarını araqdırmaq üçün keçirilir.

 

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Con Maklaglin isə bildirib ki, bəzi hallarda amerikalı rəsmilər arasında kəşfiyyat məlumatları barədə fikir ayrılığı olduqda, onlar CİA-nın mərkəzi ofisində görüşüb, müzakirələr apara bilərlər.

 

Digər tərəfdən, Amerika Milli Təhlükəsizlik Şurasının sözçüsü görüş barədə bağlı açıqlama verməkdən imtina edib.

 

Qeyd etmək lazımdır ki, bu görüş son aylar ərzində ABŞ-ın İrana qarşı təzyiqlərinin artması və yeni sanksiyalar qəbul etməsi fonunda keçirilib. Eləcə də görüşdən bir neçə gün sonra, yəni mayın 5-də Con Bolton Amerikanın İran təhdidlərinə qarşı açıq mesaj vermək üçün Yaxın Şərqə “USS Abraham Linkoln” təyyarə daşıyan gəmi göndərəcəyindən xəbər vermişdi. Mayın 8-də isə ABŞ ordusu bəyanat yayaraq, regiona B-52 tipli strateji bombardımançı təyyarələrin ezam ediləcəyini bildirmişdi.

 

İran isə ABŞ-ın regiona Abraham Linkoln təyyarə daşıyan gəmi və bombardımançı göndərməsi qarşısında “sülh və təhlükəsizliyə dayanaraq, beynəlxalq prinsiplər əsasında davranacağı”nı bildirir, baxmayaraq ki, bəzi iranlı axundlar yenə rəsmi Vaşinqtonu sözdə təhdid etməyə davam edirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN