Netanyahu Amerika ilə İran arasında mövcud gərginliklə əlaqədar təhlükəsizlik konfransı keçirib

Netanyahu Amerika ilə İran arasında mövcud gərginliklə əlaqədar təhlükəsizlik konfransı keçirib

GünAz TV: İsrailin Baş Naziri Benyamin Netanyahu ölkənin yüksək rütbəli hərbçiləri və xüsusi xidmət orqanları zabitləri ilə Amerika ilə İran arasındakı mövcud gərginlik ətrafına müzakirə aparmaq üçün görüş keçirib.

 

İsrail KİV-lərinin məlumatına görə, mayın 15-də keçirilmiş görüşün hədəfi rəsmi Tel-Əvivin körfəzdə mümkün hərbi qarşıdurmalara hazırlığını araşdırmaq olub.

 

Bu görüşdən bir gün öncə Netanyahu keçirdiyi mətbuat konfransında region ölkələrini və beynəlxalq ictimaiyyəti İranın təcavüzkar siyasətini dayandırmaq istiqamətində rəsmi Vaşinqtonla birgə hərəkət etməyə çağırmışdı.  

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN