Netanyahu: “Biz İran rejiminin düşmənçi rəftarı qarşısında üç iş görməliyik: Təzyiq, təzyiq, yenə də təzyiq”

Netanyahu: “Biz İran rejiminin düşmənçi rəftarı qarşısında üç iş görməliyik: Təzyiq, təzyiq, yenə də təzyiq”

GünazTV: İsrailin baş naziri Benyamin Netanyahu iyulun 23-də Amerikanın energetika naziri Rik Perry ilə görüşərək İrana qarşı təzyiqlərin artırılmasının əhəmiyyətindən danışıb.

 

Netanyahu bildirib ki, o Tramp hökumətinin İran rejiminə qarşı təzyiq siyasətini davam etdirməsini yüksək qiymətləndirir, onun bu addımını alqışlayır: “Hesab edirəm ki, biz İran rejiminin düşmənçi rəftar və addımları qarşısında üç iş görməliyik: Təzyiq, təzyiq, yenə də təzyiq. Biz bu təzyiqi daima artırmalıyıq.

 

Düşünürəm ki, İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalar artıq öz təsirini edib. Belə ki, İran rejiminin hazırda İraqda, Suriyada, Livanda və Qəzzə Zolağında öz zorakılıq əməllərini davam etdirmək üçün artıq pulu yoxdur və onlar bunu təmin etməyə qadir deyillər” –deyə İsrailin baş naziri Benyamin Netanyahu əlavə edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN