Netanyahu: “Əgər İran Hayfa və Tel-Əvivi yerlə yeksan etsə, bu onun öz inqilabı üçün keçirdiyi sonuncu ildönümü olacaq”

Netanyahu: “Əgər İran Hayfa və Tel-Əvivi yerlə yeksan etsə, bu onun öz inqilabı üçün keçirdiyi sonuncu ildönümü olacaq”

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu fevralın 11-də jurnalistlərə açıqlamasında “Sepah”ın baş komandanının siyasi məsələlər üzrə müavini Yədullah Cəvaninin ölkəsinə qarşı səsləndirdiyi təhdid dolu bəyanatına kəskin cavab verib.

 

Netanyahu bildirib ki, o İran rejiminin təhdidlərinə çox da önəm vermir: “Mən bu təhdidlərə fikir vermirəm. Bu kimi təhdidlər mənə təsir edə bilməz. Əgər İran rejimi böyük səhvə yol verib Tel-Əvivlə Hayfanı yerlə yeksan etsə, o zaman bu onun öz inqilabı üçün keçirdiyi sonuncu ildönümü olacaq”.

 

"Sepah" rəsmisi Yəgullah Cəvani

 

Fevralın 11-də islam inqilabının 40-cı ildönümü münasibətilə İsfahan əyalətinin Xomeynişəhr şəhərində keçirilən mərasimdə çıxış edən “Sepah” rəsmisi Yədullah Cəvani, Amerika və İsrailə qarşı bəyanatlar səsləndirərək, İsrail şəhərlərini məhv edəcəkləri ilə təhdid edib: “Amerika bu boyda hərbi gücə və silah-sursata malik olmasına baxmayaraq, bizə bircə güllə belə atmağa cürət etmir. Amerika bilsin ki, əgər bizə hücum etsə, biz də İsrailin Tel-Əviv və Hayfa şəhərlərini yerlə yeksan edəcəyik”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN