Netanyahu: “İran İsraili hədəfə almaq məqsədilə Yəməndə dəqiq istiqamətlənmiş raketlər yerləşdirməkdədir”

Netanyahu: “İran İsraili hədəfə almaq məqsədilə Yəməndə dəqiq istiqamətlənmiş raketlər yerləşdirməkdədir”

GünazTV: İsrailin baş naziri Benyamin Netanyahu oktyabrın 28-də Yerusalimə səfər etmiş Amerikanın maliyyə naziri Stiven Mnuçinlə görüşdən sonra jurnalistlərə keçirdiyi birgə mətbuat konfransında İranın ölkəsinə qarşı hücum məqsədilə Yəməndə dəqiq raketlər yerləşdiriməsindən danışıb.

 

Netanyahu deyib ki, İran regionda istənilən yeri dəqiq şəkildə vurmağa qadir olan raket silahlarını genişləndirməyə çalışır: “İran İsraili hədəfə almaq məqsədilə Yəməndə dəqiq istiqamətlənmiş raketlər yerləşdirməkdədir. İran həmçinin Orta Şərqin istənilən yerini 5-10 metr dəqiqliklə hədəf ala biləcək raketlər inkişaf etdirmək niyyətindədir. İran rejimi hazırda ölkə daxilində bu raketləri inkişaf etdirir. Bundan başqa, İran hökuməti həmin raketləri İraq və Suriyada da yerləşdirmək istəyir.

 

İran həmçinin özünün Livandakı raket arsenalında olan dəqiq istiqamətlənmiş raketlərinin sayını 130 minə qədər artırmaq niyyətindədir. Onlar hazırda həmin raketləri artıq Yəməndə yerləşdirməyə başlayıblar. Məqsəd isə oradan, yəni Yəməndən İsraili hədəfə almaqdır” –deyə İsrailin baş naziri Benyamin Netanyahu əlavə edib.  

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN