Netanyahu: “İran rejimi İsrailə qarşı addımlar atmaqla, özünü məhvə sürükləyir”

Netanyahu: “İran rejimi İsrailə qarşı addımlar atmaqla, özünü məhvə sürükləyir”

GünAz TV: İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İran rejimi İsrailə qarşı addımlar atmaqla, özünü məhv olmaq təhlükəsi ilə üzüzə qoyur.

 

Netanyahu İranın İsrail vətəndaşlarının təhlükəsizliyinə qarşı təhdid yaratdığını deyib. O, Donald Trampın 5+1 ölkələri ilə rəsmi Tehran arasında imzalanmış nüvə razılaşmasından çıxmasını bir daha doğru addım adlandırıb.

 

“Amerika Birləşmiş Ştatları Suriya və regionda ölkəmizi məhv etməyə çalışan qüvvələrə qarşı apardığımız mübarizəni dəstəkləyir”- deyə İsrailin baş naziri əlavə edib.

 

Netanyahu İran rejiminin anti-İsrail siyasətini tənqid edib və bunun rejimin özünün sonunu yaxınlaşdırdığını deyib.

 

Qeyd etmək lazımdır ki, İsrail son 2 il ərzində dəfələrlə "Sepah" terror təşkilatı və ona bağlı silahlı yaraqlıların Suriyada yerləşən mövqelərinə hava zərbələri endirib, nəticədə çoxlu sayda "Sepahçı" və yaraqlı ölüb. Avqust ayında isə İsrail Hərbi Hava Qüvvələri Dəməşqdə "Sepah"a məxsus bazanı bombalamışdı. Rəsmi Tel-Əviv hücumdan sonra yaydığı bəyanat və fotolarda bildirirdi ki, "Qüsd Briqadası" İsrailə hücum həyata keçirmək üçün bu bazaya kamikadze pilotsuz uçan aparatlar gətiribmiş və Hərbi Hava Qüvvələrinin qabaqlayıcı hücumu nəticəsində planın qarşısı alınıb. 

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN