Netanyahu: “İran Suriya və Livanda raket istehsal edən zavodlar tikməkdədir”

Netanyahu: “İran Suriya və Livanda raket istehsal edən zavodlar tikməkdədir”

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu avqustun 28-də Beytül-Müqəddəsə səfər edən BMT-nin baş katibi Antonio Quterreşlə görüşərək İranın bu ölkəyə qarşı təhdidindən və onun Suriya və Livanda İsrailə qarşı apardığı fəaliyyətindən danışıb.

 

İsrail hökumətinin İranın təhdidləri qarşısında sakit qalmayacağını vurğulayan Netanyahu, Quterreşlə görüşdə bildirib ki, BMT İranın regionda apardığı təxribat xarakterli fəaliyyəti qarşısında şəffaf mövqe tutmalıdır: “İran, Suriya və Livanda uzaqdan idarə olunan raket istehsal edən zavodlar və hərbi mərkəzlər tikməkdədir. İran öz hədəfinə, yəni İsraili məhv etmək arzusunu gerçəklədirmək məqsədilə Suriyanı özünün bir hərbi səngərinə çevirib. Bu isə qəbuledilməzdir.

 

Hesab edirik ki, BMT Təşkilatı İranın bu kimi fəaliyyətləri qarşısında sərt mövqe tutmalıdır. Bir daha bildiririk ki, İsrail İranın bu kimi təhdidləri qarşısında sakit qalmayacaq. Çünki sülh və əmin-amanlıq içində, eləcə də təhlükəsiz şəraitdə yaşamaq, İsrailin və onun xalqının haqqıdır”.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN