Netanyahu: “İrana qarşı sanksiyaları pozan neft tankerlərinə qarşı cavab tədbirləri görə bilərik”

Netanyahu: “İrana qarşı sanksiyaları pozan neft tankerlərinə qarşı cavab tədbirləri görə bilərik”

GünAz TV: İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İranın neft tankerləri dəniz daşımaları vasitəsi ilə sanksiyaları pozur.

 

O qeyd edib ki, bu hal davam edərsə, İsrail Hərbi Donanması İran neft tankerlərinə qarşı cavab tədbirləri görəcək. Netanyahu həmçinin beynəlxalq ictimaiyyəti İranın dəniz traffiki və ya digər vasitələrlə sanksiyaları pozmasına qarşı effektiv addımlar atmağa çağırıb.

 

Qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp 2018-ci ilin may ayında rəsmi Tehrana qarşı 2 hissədən ibarət yeni sanksiyaların qəbul edildiyini bildirərək, ölkəsinin İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından çıxdığını elan etmişdi. Həmin ilin noyabr ayının əvvəllərində 2-ci mərhələ çərçivəsində İranın neft və qaz sektoruna qarşı sanksiyalar qəbul edilmişdi. Bundan sonra İranın neft ixracatında və gəlirlərində kəskin azalmalar müşahidə olunur.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN