Netanyahu: “İrandakı dinc etirazçıları qana bulaşdırmaq islam respublikası rejiminin mahiyyətini göstərən daha bir sənəddir”

Netanyahu: “İrandakı dinc etirazçıları qana bulaşdırmaq islam respublikası rejiminin mahiyyətini göstərən daha bir sənəddir”

GünazTV: İsrailin baş naziri Benyamin Netanyahu noyabrın 24-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda İran İslam Respublikası rejiminin son günlər dinc etirazçılara qarşı törətdiyi qətliamına münasibət bildirib.

 

Netanyahu deyib ki, İran rejimi nəinki öz qonşularına, hətta öz xalqına da hücum edir: “Hazırda islam respublikası rejimi başçılarının diqqəti İran xalqının əleyhinə yönəlib. İrandakı dinc etirazçıları qana bulaşdırmaq isə islam respublikası rejiminin mahiyyətini göstərən daha bir sənəddir. Biz isə istənilən yerdə bu rejimin qarşısını alacağıq” –deyə, Netanyahunun yaydığı yazısında bildirilir.

 

Netanyahu həmçinin həmin gün hökumət kabinetinin iclasında çıxış edərək deyib ki, İranda baş verən repressiyalara toxunaraq, İran rejimini dünyanın ən böyük terror rejimi adlandırıb: “İraxn İslam Respublikası rejimi nəinki İsraili və qonşularını hədəfə alır, hətta öz xalqına qarşı da hücuma keçir. Son günlər İranda yüzlərlə dinc etirazçı rejim qüvvələri tərəfindən qətlə yetirilib. Bu isə sözün əsl mənasında mahiyyəti və rəftarı bütün dünaya ifşa olunan bir istibdad rejimidir.

 

Hesab edirik ki, regionda sülh və sabitliyin bərqərar olunması istəyən bütün ölkələr, islam respublikası rejiminə qarşı aparılan təzyiq kampaniyasına qoşulmalıdırlar” –deyə, İsrailin baş naziri Benyamin Netanyahu əlavə edib.

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamı fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN