Netanyahu: “İranın İsrail sərhədləri yaxınlığında hərbi fəallığını gücləndirməsinə imkan verməyəcəyik”.

Netanyahu: “İranın İsrail sərhədləri yaxınlığında hərbi fəallığını gücləndirməsinə imkan verməyəcəyik”.

 GünAzTV: İyunun 25-də hökumətinin həftəlik iclasında çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu İranın terrorçu “Hizbullah” təşkilatını inkişaf etmiş raketlərlə təchiz etməsi  və Suriya-İsrail sərhədlərində hərbi fəallığını gücləndirməyə cəhdi barədə xəbərdarlıq edib.

 

Netanyahu bildirib ki, onun ölkəsi İranın “Hizbullah”ı silahlandıraraq Suriyada hərbi hazırlığını gücləndirməsi ilə bağlı bütün fəaliyyət və hərəkətini nəzarətdə saxlayır: “Biz İranın Colan yüksəkliklərində və İsrail sərhədləri yaxınlığında hərbi fəallığını gücləndirməsinə imkan verməyəcəyik. Bizim siyasətimiz aydın və şəffafdır. Biz Suriya torpağından ərazilərimizə hər hansı bir raket, top və ya mərmi atılmasına dözməyəcəyik. Biz torpağımıza və vətəndaşlarımıza qarşı edilən hər hansı bir hücuma kəskin cavab verəcəyik.

 

Bir daha təkrar edirəm ki, İsrail hökuməti İranın Suriya yolu ilə “Hizbullah”a silah-sursat çatdırmasının və onun bizim sərhədlərimizə yaxın bölgələrdə hərbi fəaliyyətini gücləndirməsinin qarşısını almaq üçün əlindən gələni edəcək, istənilən addımı atacaq”.

 

Qeyd edək ki, İsrailin hava qüvvələri iyunun 24-də Suriyanın Colan yüksəkliklərindəki 2 tankını məhv edib. İsrail ordusunun sözçüsü jurnalistlərə bildirib ki, hər iki tank, ölkəsinin Suriya ərazisindən top atəşinə tutulmasına cavab olaraq vurulub.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN