Netanyahu iranlılara səsləndi: “İran diktatorları ölkə sərvətlərini qarət edir, insanları yoxsul vəziyyətdə saxlayırlar”

Netanyahu iranlılara səsləndi: “İran diktatorları ölkə sərvətlərini qarət edir, insanları yoxsul vəziyyətdə saxlayırlar”

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu mayın 31-də “Facebook” sosial şəbəkəsində yaydığı bir video-çarxda iranlılara müraciət edərək İsrail xalqı ilə İran millətinin dostluğundan və islam respublikasının öz millətini ağır durumda saxlamasından danışıb.

 

Netanyahu bildirib ki, bu gün İran millətinin ağır iqtisadi durumda, yoxsulluq içində yaşamasının əsas səbəbkarı, islam respublikası və ona hakim qarətçi mürtəce ruhanilərdir: “İran milləti dünyanın ən bacarıqlı və yaradıcı millətlərindən biri sayılır. Lakin İran belə bir istedadlı və yaradıcı millətə sahib olmasına baxmayaraq, bu gün yoxsulluq və səfalət içindədir və ölkədə işsizlərin sayı yüksəkdir. Bunun səbəbi isə İrana hakim rejimdir.

 

İran diktatorları, ölkə əhalisinin ağır maddi durumda yaşamasına baxmayaraq, ölkə sərvətlərini qarət edir, vətəndaşların rifah içində yaşamasını təmin etmək əvəzinə, milyardlarla dolları nüvə proqramını genişləndirməyə, dünyada terrorizmi gücləndirməyə, Orta Şərqdə isə zorakılığa rəcac verməyə sərf edirlər”.

 

İsrailin baş naziri həmçinin, “Uber”,“eBay”, “Dropbox” və bu kimi digər nəhəng şirkətlərin iranlı qurucuları və rəhbərlərinə toxunaraq, deyib ki, gün gələcək, iranlılar dünyanın ən uğurlu şirkətlərini təsis etmək üçün Amerikanın Quzey Kaliforniya əyalətindəki “Silikon Vadisi”nə getməyə ehtiyac duymayacaq: “Ümid edirəm ki, bir gün İsrail və İran sahibkar və iş adamları bir-biri ilə əməkdaşlıq edəcəklər. Bu isə, mənim gələcək üçün arzuladığım perspektivdir”.

 

Qeyd edək ki, Silikon Vadisi ABŞ-ın Kaliforniya əyalətində, San-Fransiskonun cənub-şərqinin 70 kilometrliyində yerləşən bir məntəqənin adıdır. Dünyanın İnformatika üzrə bir çox aparıcı kompüter firmaları burada yerləşir.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN