Netanyahu: “Lazım olsa, Suriyada İrana qarşı əməliyyatlarımızı şiddətləndirəcəyik”

Netanyahu: “Lazım olsa, Suriyada İrana qarşı əməliyyatlarımızı şiddətləndirəcəyik”

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 23-də hökumət iclasında çıxış edərək, İranın Suriyadakı hərbi qüvvələrinə qarşı əməliyyatları gücləndirəcəkləri ilə bağlı bir neçə gün əvvəl səsləndirdiyi bəyanatları yenidən təkrar edib.

 

Öz çıxışında, Amerikanın Suriyadan hərbi qüvvələrini çıxarması məsələsinə toxunan Netanyahu bildirib ki, İsrail zərurət yaranarsa Suriyada İranın hərbi varlığına qarşı keçirilən hava hücumlarının  sayını artıracaq: “Mən bir daha təkrar edib bildirirəm ki, biz, İranın Suriyadakı hərbi varlığını möhkəmləndirməsinin qarşısını alacaq, lazım olsa, İranın hərbi qüvvələrinə qarşı əməliyyatlarımızı şiddətləndirəcəyik.

 

Mən, Amerikanın Suriyadan hərbi qüvvələrinin çıxarmasından nigaran qalanları əmin etmək istəyirəm ki, biz Suriyada İrana qarşı əməliyyatlarımızı davam etdirəcəyik. Buna mən zəmanət verirəm. Bildirirəm ki, bizim Amerika ilə müxtəlif sahələrdə, o cümlədən də əməliyyat, informasiya mübadiləsi və digər təhlükəsizlik sahələrdə apardığımız əməkdaşlığımız davam edəcək”.

 

 

Xatırladaq ki, Netanyahu dekabrın 20-də Yuninistanın baş naziri Aleksis Tsipras və Kıbrıs Nikos Anastasiadislə görüşündən sonra jurnalistlərə açıqlamasında İranın Suriyadakı hərbi varlığından danışmışdı.

 

O bildirmişdi ki, o ABŞ prezidenti ilə telefon danışığında İranın Suriyada yürütdüyü təcavüzkar siyasətinin qarşısının alınması barədə birgə əməkdaşlıq aparılması yolları haqda fikir mübadiləsi aparıb: “Amerika qüvvələri Suriyadan çıxandan sonra biz İranın bu ölkədəki hərbi varlığına qarşı əməliyyatımızı gücləndirəcəyik. Biz, tam qətiyyətlə İranın Suriyada hərbi varlığını möhkəmləndirməsinə qarşı hərəkətə keçəcəyik. Biz həmçinin, İranın dəstəklədiyi terrorçuların, o cümlədən də “Hizbullah” qruplaşmasının İsrail-Livan sərhəddində qazdığı tunellərin məhvini davam etdirəcəyik”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN