Netanyahu Makronu İranla müzakirələrdən çəkinməyə çağırıb

2019-08-31 12:36

GünAz TV: İsrail Baş Nazirliyinin mətbuat xidməti ötən gün Benyamin Netanyahunun Fransa prezidenti Emmanuel Makronla telefon əlaqəsi yaratdığı barədə məlumat yayıb.

 

Makronun istəyi ilə baş tutan əlaqə zamanı Netanyahu ondan İranla müzakirələr aparmaqdan çəkinməsini istəyib. Netanyahu bildirib ki, hazırda İranın regionda təxribatçı əməllərə əl atdığı bir dövrdə bu ölkə ilə danışıqlar aparmaq doğru addım deyil.

 

Avqustun 25-də Məhəmməd Cavad Zərifin gözlənilmədən Fransaya səfər etməsi və G-7 toplantısı zamanı bu ölkənin prezidenti və xarici işlər naziri ilə görüşməsindən sonra Makron rəsmi Vaşinqtonla Tehran arasında gərginliklərin azaldılması üçün zəmin yarandığını demişdi.

 

Bir gün sonra ABŞ prezidenti Donald Tramp münasib şərait yaranarsa, öz iranlı həmkarı Həsən Ruhani ilə görüşüb, müzakirələr aparmağa hazır olduğunu bəyan etmişdi.

 

Xatırladaq ki, İsrail Amerika Prezidenti Barak Obamanın hakimiyyəti dövründə İranla 5+1 ölkələri arasında əldə edilmiş nüvə razılaşmasına qarşı çıxan əsas ölkələrdən biri olmuşdu. Rəsmi Tel-Əviv İranın öz düşmənçilik siyasətindən və terror qruplaşmalarına göstərdiyi dəstəkdən əl çəkmədiyi təqdirdə, bu ölkəyə qarşı qəbul edilmiş sanksiyaların qaldırılmasının yanlış addım olduğu qənaətindədir.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.18.2020: “Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

2020-09-18

gun az article

Kirman əyalətində koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb

2020-09-18

gun az article

Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

2020-09-18

gun az article

İran Televiziyasında etiraf: "Əhalinin 70 faizi məcburi hicaba qarşıdır"

2020-09-18

gun az article

Amerika "ETTELAAT"la əlaqəli 45 İran vətəndaşı və 3 şirkətə sanksiya tətbiq edib

2020-09-18

gun az article

İranda daha 144 nəfər koronavirusdan ölüb, 3049 nəfər “Covid-19”a yoluxub

2020-09-18

gun az article

Əlbürz əyalətində daha 10 ölüm faktı ilə koronavirusdan vəfat edənlərin sayı 1057 nəfərə çatıb

2020-09-18

gun az article

Hərirçi: "Bütün ölkə qırmızı vəziyyətdədir"

2020-09-18

gun az article

İranın Hormozqan əyalətində koronavirusa yoluxanların sayı 748 nəfərə çatıb

2020-09-18

gun az article

GünazTV Sep.17.2020: ABŞ-da Zərif-in qatılacağı virtual konfransa qarşı tənqidlər

2020-09-17

gun az article

GünazTV Sep.17.2020: “Amerika Prezidentindən vaksinlə bağlı vacib açıqlama.Peyvənd qapıdadır”

2020-09-17

gun az article

ÜST Avropada koronavirusla bağlı vəziyyətin ağırlaşdığını bildirib

2020-09-17

gun az article

Qum əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib

2020-09-17

gun az article

Cənubi Xorasan əyalətində 4 bal gücündə zəlzələ baş verib

2020-09-17

gun az article

BMT-nin məruzəsi: postpandemiya dövründə ölkələrin bərpası sosial ədalət prinsiplərinə əsaslanmalıdır

2020-09-17

gun az article

Azərbaycan-İran sərhədində atışma olub, ölən var

2020-09-17

gun az article

İranda daha 176 nəfər koronavirusdan ölüb, 2815 nəfər “Covid-19” infeksiyasına yoluxub

2020-09-17

gun az article

Rəzəvi Xorasan əyalətində iki avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb

2020-09-17

gun az article

İsrail mediası: "Nətənz partlayışı İrana xəbərdarlıq etmək üçün fiziki təxribat idi"

2020-09-17

gun az article

Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 1047 nəfərə çatıb

2020-09-17