Netanyahu: “Nüvə sazişinin indiki formada davam etməsi, İranı 2-ci Şimali Koreya çevirəcək”

Netanyahu: “Nüvə sazişinin indiki formada davam etməsi, İranı 2-ci Şimali Koreya çevirəcək”

GünAzTV: Sentyabrın 19-da BMT Baş Məclisinin 72-ci sessiyasında çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu Qərblə İran arasında imzalanmış nüvə sazişinin ləğvinin vacibliyindən danışıb.

 

İranın gizli şəkildə apardığı təhlükəli nüvə fəaliyyətindən və bunun dünya birliyinə qarşı təhdidindən danışan Netanyahu bildirib ki, 5+1 qrupu ilə İran arasında imzalanmış nüvə sazişi ya tamamilə ləğv edilməli, ya da ona köklü düzəlişlər edilməlidir: “Hesab edirik ki, əgər bu sazişə düzəlişlər edilməsə, razılaşmanın indiki formada davam etməsi, gec-tez İranı 2-ci Şimali Koreya çevirəcək. İranla bağlanan nüvə sazişini dəstəkləyən qüvvələr deyirlər ki, bu razılaşma İranın nüvə silahına yiyələnməsinin qarşısını alacaq. Maraqlıdır ki, bunu deyənlər, vaxtilə Şimali Koreya ilə nüvə sazişi bağlananda da həmin sözləri deyirdilər. Bunun nəticəsi isə artıq hamıya bəllidir və hər şey artıq göz qabağındadır.

 

Nüvə sazişinin indiki formasından doğan şərait, İrana bu imkanı yaradıb ki, ac-yalavac bir pələng kimi bölgəni parçalayıb didib dağıtsın. Təsəvvür edin ki, sabah dünyanın hər yerinə raket buraxmaq gücünə malik olacaq bu islam imperatorluğu atom bombasına da yiyələnsə nələr baş verəcək. Məhz həmin təhlükəni nəzərə alaraq bu sazişin ləğv olunmasını, ya da ən azı onda əsaslı dəyişikliklər edilməsini tələb edirik”.

 

 

A.M  

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN