Netanyahu Qasım Süleymaniyə səsləndi: “Yaxşısı budur ki, Suriyada tikmək istədiyiniz bazalarınınızın durumu ilə maraqlanın”

Netanyahu Qasım Süleymaniyə səsləndi: “Yaxşısı budur ki, Suriyada tikmək istədiyiniz bazalarınınızın durumu ilə maraqlanın”

GünAzTV: İsrailin müdafiə və baş naziri Benyamin Netanyahu yanvarın 23-də qatıldığı bir tədbirdə iki ay yarımdan sonra ölkəsində keçiriləcək parlament seçkilərindən və “Sepah”ın “Qüds” qanadının komandanı Qasım Süleymaninin həmin seçkilərə müdaxiləsindən danışıb.

 

Netanyahunun açıqlaması, Küveytdə çıxan “Əl-Cəridə” qəzetində Qasım Süleymaninin İsrailin qarşıdan gələn parlament seçkiləri barədə mövqeyini şərh edən bir yazının dərc olunmasından bir neçə saat sonraya təsadüf edib. Yazıya əsasən, Qasım Süleymaninin fikrincə, İsrailə qarşı ardıcıl raket zərbələrinin endirilməsi, növbəti seçkilərdə Netanyahu hökumətinin devrilməsinə gətirib çıxara bilər.  

 

Hakim Likud partiyasının rəhbəri Netanyahu öz çıxışında Qasım Süleymaniyə səslənərək ona faydalı bir tövsiyə edib: “Siz İsrail seçkilərinə qarışmaqdansa, yaxşısı budur ki, Suriyada tikmək istədiyiniz hərbi bazalarınınızın durumu ilə maraqlanın. İsrail regionun ərəb və qeyri-ərəb ölkələri ilə İran təhdidlərinin qarşısını almaq məqsədilə güclü bir ittifaq yaradıb. Bildirirəm ki, nə qədər ki, mən İsrailin baş naziriyəm, İran İslam Respublikasına və onun regionda yürütdüyü təxribat xarakterli siyasətinə qarşı mübarizədən əl çəkməyəcəyəm. Bunun isə səbəbi aydındır. İran bizim ən böyük düşmənimzdir”.

 

Xatırladaq ki, son vaxtlar İsrail hava qüvvələrinin “Sepah”ın Suriyadakı hərbi mövqelərinə və onun silah anbarlarına qarşı həyata keçirdiyi hücumların sayı artaraq gücləndirilib.

 

 

Yanvarin 20-si və 21-də İsrail qırıcıları Suriyada “Sepah”ın “Qüds” qanadının hərbi mövqelərinə yenidən hava zərbələri endirib.  Bu barədə, İsrail ordusu bəyanat yayıb. Bəyanatda bildirilir ki, Suriyadan İsrailin nəzarətində olan Qolan yüksəkliklərinə bir raket buraxılmasına cavab olaraq,  İsrail qırıcıları “Sepah”ın “Qüds” qanadının, eləcə də Livan “Hizbullah”ının Suriyadakı hərbi mövqelərini raket atəşinə tutub. Hava hücumlarında, “Sepah” və “Hizbullah” ın  Dəməşq ətrafında yerləşən silah anbarlarına çoxlu sayda raket zərbələri endirilib. Hücumlarda, 12-si “Sepah”çı olmaqla 21 nəfər öldürülüb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN