Netanyahu: “Suriyanın istənilən yerində İranın qarşısını alacağıq”

Netanyahu: “Suriyanın istənilən yerində İranın qarşısını alacağıq”

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu mayın 30-da Tel-Əvivdə keçirilən bir tədbirdə çıxış edərək, İranın Suriyada ölkəsinə qarşı hərbi mövcudluğundan və fəaliyyətindən danışıb.

 

Netanyahu bildirib ki, İsrail ordusu təkcə Colan yüksəkliklərində və onun ətraf bölgələrində yox, Suriyanın istənilən yerində İran hərbi qüvvələrinin fəaliyyətinin qarşısını alacaq: “Biz, İranın Suriyada sərhədlərimizə yaxın bölgələrdə hərbi mövcudluğunu möhkəmləndirməsinin qarşısını almağı davam edirik. Bu, təkcə Colan yüksəkliklərində yox, Suriyanın hər yerinə belədir. Biz, lazım olarsa, Suriyaxnın istənilən yerində və ya məkanında İran hərbi qüvvələrinin qarşısında dayanacaq, onların öz niyyətlərini gerçəkləşdirməsinə imkan verməyəcəyik”.

 

Qeyd edək ki, son həftələr, İsrail qırıcıları Suriyada İranın hərbi bazalarını, o cümlədən də “Sepah” qüvvələrinin qaldığı yerləri bir neçə dəfə raket atəşinə tutub. Hava zərbələri nəticədə onlarla “Sepah”çı həlak olub, bir çoxları xəsarət alıb.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN