Netanyahu: “Varşava konfransının başlıca müzakirə mövzusu İran rejimidir”

Netanyahu: “Varşava konfransının başlıca müzakirə mövzusu İran rejimidir”

GünAz TV: İsrailin baş naziri Benyamin Netanyahu Varşavada keçiriləcək “Yaxın Şərqdə sülh və təhlükəsizlik” mövzusunda konfransda iştirak edəcəyini və bu tədbirin əsas müzakirə istiqamətinin İran rejimi olacağını deyib.

 

Netanyahuya məxsus olan və fars dilində yazılar yayımlayan “Twitter” hesabında yazılıb: “Bu həftə məqsədi sülh və təhlükəsizliyi təmin etmək olan Varşava konfransına qatılacam. Orada Amerika prezidentinin müşaviri Mayk Pens və Dövlət Departamentinin rəhbəri Mayk Pompeo ilə görüşəcəm.”

 

İsrail baş nazirinin sözlərinə görə, konfransın əsasə müzakirə edəcəyi məsələlər İran rejimi, onun Suriyada möhkəmlənməsinin, regionda yürütdüyü aqressiv siyasətinin və hər şeydən daha mühüm olan İran rejiminin nüvə silahına yiyələnməsinin qarşısını almaq yolları olacaq.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN