Netanyahu: “Zəmanət verirəm ki, İran heç vaxt nüvə silahına yiyələnməyəcək”

Netanyahu: “Zəmanət verirəm ki, İran heç vaxt nüvə silahına yiyələnməyəcək”

GünazTV: Martın 1-də Vaşinqtonda keçirilən Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AİPAC) illik toplantısına internet vasitəsilə qatılan İsrailin baş naziri Benyamin Netanyahu etdiyi çıxışında İran təhlükəsindən danışıb.

 

Öz çıxışında İranın nüvə fəaliyyətlərinin regiona qarşı təhlükə sayıldığı barədə xəbərdarlıq edən Netanyahu deyib ki, o, İsrailin baş naziri vəzifəsində qaldığı müddətdə İran İslam Respublikasının nüvə arsenalına yiyələnməsinə imkan verməyəcək: “Sizə zəmanət verirəm ki, nə qədər ki, mən İsrailin baş naziriyəm, İran nüvə silahına yiyələnməyəcək. Buna əmin ola bilərsiniz.

 

Bir daha bildirərəm ki, İsrail özünü qorumaq və gələcəyini təmin etmək üçün əlindən gələni edəcək, lazım olan istəniln addımı atacaq” -deyə, İsrailin baş naziri Benyamin Netanyahu internet vasitəsilə etdiyi çıxışında bəyan  edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN