Netanyahudan “Sepah”a cavab: “Livan öz torpağından bizə hücum edilməsinə icazə versə, ağır bədəllər ödəyəcək”

Netanyahudan “Sepah”a cavab: “Livan öz torpağından bizə hücum edilməsinə icazə versə, ağır bədəllər ödəyəcək”

GünAz TV: İsrailin Baş naziri Benyamin Netanyahu “Sepah” terror təşkilatının komandanının müşaviri Murtuza Qurbaninin son çıxışına münasibət bildirib.

 

O qeyd edib ki, Livan İrana öz torpağından İsrailə hücum etmək üçün istifadə etməyə icazə versə, bunun bədəlini ağır ödəyəcək.

 

“Son günlər İran İslam İnqilabı Korpusu komandanlarından birinin Livan ərazisindən istifadə etməklə, Tel-Əvivi yox edəcəklərini deyib. O, əslində bu sözləri ilə Hizbullahın İranın öz hərbi əməliyyatlarını həyata keçirmək üçün istifadə etdiyi qruplaşma olduğunu etiraf edib”, - deyə Netanyahu fars dilində fəaliyyət göstərən Twitter hesabında yazıb.

 

O, Həsən Nəsrullahın Qurbaninin dediklərini təzkib etdiyini bildirərək, İsrailə qarşı öz torpağından hücuma imkan verəcəkləri təqdirdə, Hizbullahın da Livanla birlikdə ağır qarşılıq ödəcəyini deyib.

 

Xatırladaq ki, “Sepah” komandanının müşaviri kimi təqdim edilən Murtuza Qurbani 1 neçə gün öncə etidiyi çıxışda bildirmişdi ki, “İsrail xəta etsə, İrandan raket atmağa ehtiyacımız olmayacaq, elə Livanın ərazisindən bu ölkəni raket atəşinə tutacağıq”.

 

Livanın Müdafiə naziri İlyas Bou Saab isə onun bu sözlərini ölkəsinin suverenliyinə qarşı hörmətsizlik və müdaxilə adlandırmışdı.

 

Bundan sonra “Sepah” bəyanat yayaraq, Qurbaninin sözlərini təkzib etməyə və onun fikirlərinin “media tərəfindən təhrif olunduğunu” deməyə məcbur olmuşdu.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN