Nəvəsi Amerikada Rəsulzadə ilə bağlı sərgi keçirəcək

Nəvəsi Amerikada Rəsulzadə ilə bağlı sərgi keçirəcək

GünAz TV: Prezident İlham Əliyev 2018-ci ili Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

 

Dövlət başçısı bunu yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.  Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

 

Artıq  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə çox qısa zaman qalıb.

 

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, rəssam-pedaqoq Rais Rəsulzadə Modern.az saytına danışarkən AXC-nin 100 illiyi ilə bağlı görəcəyi işlərdən söz açıb:

 

“Bilirsiniz, Cümhuriyyətin yaradılması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir və o səhifəni yazanlar hər zaman xalqın qəlbində əbədi yaşayacaqlar. Bu baxımdan prezident İlham Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb. Bu istiqamətdə artıq müəyyən işlər görülür. Mən hamısını müşahidə edirəm. O cümlədən AXC-nin 100 illiyi ilə əlaqəli keçirilən bütün tədbirlərdə iştirak edirəm. Rəsulzadə irsinin davamçısı kimi dəvət edildiyim bütün yerlərə getməyə çalışıram.

 

Digər tərəfdən Cümhuriyyətimizin yüzilliyi ilə əlaqədar portret üzərində işləyirdim. Bu, Məhəmməd Əmin Rəsulzadənin portretidir və artıq hazırdır”.

 

R.Rəsulzadə qeyd edib ki, bu yaxınlarda fərdi sərgisi baş tutacaq:

 

“Gələn həftədən etibarən sərgim başlayacaq. Sərgi Amerikada baş tutacaq. Onun məzmunu Azərbaycan, ölkəmizin tərənnümüdür”.

 

Müsahibimiz həmçinin Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla xanımın məzarını ziyarət edəcəyini də deyib:

 

“Bilirsiniz, Leyla xanım Ankarada xristian qəbiristanlığında dəfn olunub.  Məzarlıq bir müddət bundan öncə aşkarlandı. Təbii ki, Ankarada olacağım müddətdə qəbri ziyarət edəcəyəm. Lakin indi əsasən Amerikada keçirilməsi planlaşdırılan sərgiyə fokuslanmışam”.

 

Rais Rəsulzadə həmçinin qeyd edib ki, bunlardan əlavə "Sonuncu iclas" filminə çəkilir. O, baş rollardan birini - Məhəmməd Əmin Rəsulzadə obrazını canlandırır. Film  28 May Respublika günü ərəfəsində ictimaiyyətə təqdim olunacaq. Modern.az

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN