Nezar Zəkka: “Hətta İran səmasından keçəcək təyyarəyə belə minmək istəmirəm”

2019-06-12 12:32

GünAz TV: İranda həbsdən yeni azad edilmiş Livan- Amerika vətəndaşı Nezar Zəkka ölkəsinə geri döndükdən sonra jurnalistlərə açıqlama verib.

 

O, şərti azadlığa buraxıldığı ilə bağlı İran mediası tərəfindən yayılan xəbərləri rədd edib. Zəkkarın sözlərinə görə, azad edilməsi üçün iranlılar tərəfindən irəli sürülən heç bir şərti qəbul etməyib.

 

Nezar Zəkka onun azad edilməsi prosesində “Hizbullah” terror təşkilatının baş katibi Həsən Nəsrullahın rolunu təkzib edib. O qeyd edib ki, azad edilməsi istiqamətində yalnız Livan dövləti və şəxsən prezident Mişel Aun əllərindən gələni ediblər.

 

Evin həbsxanası da təsvir edən keçmiş livanlı məhkum oranı dünyanın ən dəhşətli və ən qorxunc həbsxanalarından biri adlandırıb. Orada digər xarici vətəndaşların da məhkumluq həyatı yaşadığını deyən Zəkkar onların başına gətirilən oyunlardan, məruz qaldıqları dəhşətli və ağlasığmaz işgəncələrdən danışıb.

 

“Evin zindanı dünyanın ən qorxunc zindanlarındandır. İranlılar burda mənə qarşı işgəncənin hər bir növünü tətbiq etdilər. İran məhkumlarla bağlı heç bir beynəlxalq qanun və prinsipə əməl etmir.”

 

Nezar Zəkka bir daha İrana rəsmi səfər edib- etməyəcəyindən də danışarkən bildirib: “Mən bir daha İrana getməyəcəyəm. Hətta başqa bir ölkəyə gedərkən, ilk öncə soruşacağım sual təyyarənin İran səmasından keçib- keçməməsi olacaq. Hətta əgər təyyarə İran səmasından uçacaqsa, ona minməyəcəm.”

 

Qeyd edək ki, Amerika və Livan vətəndaşlığı olan Nezar Zəkka 2015-ci ildə İran prezidentinin müavininin rəsmi dəvəti ilə İrana getmişdi. O, bu rəsmi səfər zamanı “Sepah” terror təşkilatı tərəfindən bütün beynəlxalq qanunlara zidd olaraq həbs edilmişdi.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04

gun az article

İranda daha 59 nəfər koronavirusdan ölüb, 3574 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-06-04

gun az article

Tehranın Neftayırma Zavodunda yanğın baş verib

2020-06-04

gun az article

İranın Deyləm şəhərinin Koronavirusla Mübarizə Qərargahının rəisi xəstəliyə yoluxub

2020-06-04

gun az article

İranda polis komandanı: “Xuzistanda qanunsuz silah saxlamaqda günahlandırılan 91 nəfər həbs edilib”

2020-06-04

gun az article

Ruhani: “Xəbərdarlıqlar ciddiyə alınmasa məhdudiyyətləri yenidən bərpa etmək məcburiyyətində qalacağıq”

2020-06-04

gun az article

GünazTV June.03.2020: İran və Çin ABŞ-dakı qara dərililərin hüquqlarının pozulmasını tənqid etdilər

2020-06-03

gun az article

İlam əyalətində koronavirusa yoluxanların sayı 1079 nəfərə çatıb

2020-06-03

gun az article

Cavad Süleymani: "Sual budur ki, niyə Ukrayna təyyarəsini qəsdən vurdular?"

2020-06-03

gun az article

Morqan Ortaqus: "Sirus Əsgərinin İrana qaytarılması məhkum mübadiləsi əsasında baş tutmayıb"

2020-06-03