Nikki Haley: “Amerika hələlik nüvə sazişində qalacaq”

2017-10-16 08:51

GünAzTV: Amerikanın BMT-dəki daimi nümayəndəsi Nikki Haley oktyabrın 15-də NBC telekanalına açıqlamasında ölkəsinin İran və nüvə sazişi ilə bağlı yeni strategiyasından danışıb.

 

Haley bildirib ki, Vaşinqton hələlik nüvə sazişində qalacaq, lakin dünya səviyyəsində İranın pis rəftarına layiqli cavab verilməsini istəyir: “Gördüyünüz kimi biz hələlik nüvə sazişində qalacağıq, çünki indiki şəraitin dəyişib yaxşılaşacağına ümidvarıq. Bu bizim üçün bir hədəfdir. Bizim hazırda dediyimiz odur ki, İranın ikinci bir Şimali Koreya çevrilməsinə imkan verilməməli, bunun qarşısı alınmalıdır. Hesab edirik ki, İran dünyanın müxtəlif yerlərində terrorizmə dəstəyini dayandırmalı, ballistik raketlərin sınaqdan keçirilməsinə son qoymalı və silah qaçaqmalçılığı ilə bağlı fəaliyyətinə xitam verməlidir”.

 

Xatırladaq ki, Tramp oktyabrın 13-də İranla bağlı yeni strategiyasını açıqlayıb. Tramp deyib ki, o, İranın nüvə sazişə sadiq qaldığını təsdiqləyə bilmir: “Bu sazişdə məqsəd, bölgədə və dünyada sülh və sabitliyin bərqərar olunmasına yardım etmək idi. Lakin təəssüflər olsun ki, bu belə olmadı və həmin anlaşmadan sonra Tehran, regiondakı pozucu və dağıdıcı fəaliyyətini daha da gücləndirdi. Bu razılaşma İrana imkan verir ki, əvvəlki təxribatçı fəaliyyətini davam etdirsin. Bu sazişin vaxtı bitəndən sonra İran daha sürətlə atom silahı istehsalı istiqamətində hərəkət edəcək. Bu isə Amerika prezidenti olaraq mənim üçün qəbuledilməzdir. Biz, İranın atom silahı istehsal etməsinə aparan bütün yolları bağlayacaq, Tehranın nüvə silahına yiyələnməsinə heç vaxt imkan verməyəcəyik”.

 

“Sepah”ın regionda və dünyada pozucu fəaliyyətinə və onun terrorçu qruplaşmalara dəstəyinə toxunan Tramp, “Sepah”a sanksiyalar qoyulması üçün ABŞ Maliyyə Nazirliyinə göstəriş verdiyini bəyan edib: “Biz İran rejiminin ən böyük qurbanı sayılan İran millətinin yanındayıq və onlara dəstək veririk. İranın təcavüzkar diktator rejiminin, o cümlədən də “Sepah”ın terrorçu və zorakı fəaliyyəti təkcə amerikalıları hədəfə almayıb. İrandakı tələbələr və dinc etirazçılar da bu rejimin qurbanlarına çevrilərək zorakılıqlara, edama və repressiyalara məruz qoyulub.

 

“Sepah”, Ərəb körfəzində və digər sularda gəmilərimizin sərbəst hərəkətinə təhlükələr yaradır, beynəlxalq naviqasiya azadlığına maneələr törədir, vətəndaşlarımızı qanunsuz olaraq tutub həbsə salır, infrastrukturumuza qarşı kiber hücumları təşkil edir. “Sepah”, bütün dünyada terrorizmə dəstək verən ən fasid qurumdur. Bu fasid qurum, İran millətinin pullarını mənimsəyərək dünyada terrorçu əməliyyatlara maddi yardım göstərir, bölgədə və dünyada sabitliyi pozmağa çalışır”.

 

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.05.2020: İran İslam respublikası 2018-ci ildən həbsdə saxladığı Amerika ordusunun üzvü olan Michael Whiteni azad edib

2020-06-05

gun az article

GünazTV June.05.2020: Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

2020-06-05

gun az article

İraqın Baş nazirindən "Qüds Briqadası"nın komandanı İsmayıl Qaaniyə: "Ölkəmizə daxil olarkən viza al"

2020-06-05

gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04

gun az article

İranda daha 59 nəfər koronavirusdan ölüb, 3574 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-06-04

gun az article

Tehranın Neftayırma Zavodunda yanğın baş verib

2020-06-04

gun az article

İranın Deyləm şəhərinin Koronavirusla Mübarizə Qərargahının rəisi xəstəliyə yoluxub

2020-06-04

gun az article

İranda polis komandanı: “Xuzistanda qanunsuz silah saxlamaqda günahlandırılan 91 nəfər həbs edilib”

2020-06-04

gun az article

Ruhani: “Xəbərdarlıqlar ciddiyə alınmasa məhdudiyyətləri yenidən bərpa etmək məcburiyyətində qalacağıq”

2020-06-04