Nikki Haley: “Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin İranın hərbi mərkəzlərində baxış keçirməsinə şərait yaradılmalıdır”

Nikki Haley: “Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin İranın hərbi mərkəzlərində baxış keçirməsinə şərait yaradılmalıdır”

GünAzTV: ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley avqustun 25-də jurnalistlərə açıqlamasında Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin İranın hərbi mərkəzlərində baxış keçirməsinə şərait yaradılmasının vacibliyindən danışıb.

 

Nikki Haleyin bu açıqlaması, onun Vyanaya səfər edərək Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiyo Amano ilə görüşüb məsələ ilə bağlı danışıqlar aparmasından iki gün sonraya təsadüf edib.

 

 

Rəsmi Tehranı, apardığı nüvə proqramı ilə bağlı “yalan danışmaqda" və "fırıldaqçılıqda” günahlandıran Haley bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi özünün bütün səlahiyyətlərindən istifadə edərək İranın Qərblə imzaladığı nüvə sazişinin şərtlərinə sadiq qalıb-qalmamasından əmin olmalıdır: “Hesab edirik ki, Beynəlxalq Atom Enerjisi Agentliyi, müfəttişlərinin İranın hərbi mərkəzlərində baxış keçirməsinə icazə verməsi üçün rəsmi Tehrana təzyiq göstərməlidir.

 

Mən agentliyə tam inanıram. Lakin agentlik bilməlidir ki, o, apardığı gizli nüvə fəaliyyəti barədə açıq-aşkar yalan danışmaqda və fırıldaqçılıqda böyük bir stajı olan bir ölkə ilə üz-üzədir. Elə buna görə də düşünürəm ki, agentlik bütün imkanlarını səfərbər edərək İranın nüvə proqramını düzgün məcrada aparıb-aparmamasını yoxlamalıdır”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN