Nikki Haley: “İran bölgədəki mövcud ixtilafları qızışdırır, terrorizmə dəstəyini gücləndirir”

Nikki Haley: “İran bölgədəki mövcud ixtilafları qızışdırır, terrorizmə dəstəyini gücləndirir”

GünAzTV: ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley sentyabrın 7-də BMT Təhlükəsizlik Şurasında çıxış edərək, İranı Orta Şərq ölkələri arasındakı ixtilafları qızışdırmaqda, beynəlxalq terrorizmə dəstəkdə və öz ballistik raket proqramını inkişaf etdirməkdə günahlandırıb.

 

Haley bildirib ki, İran İnqilab Keşikçiləri Korpusu (Sepah) ölkənin ballistik raket sənayesini gündən-günə genişləndirir: “İran rejimi bölgədə silah qaçaqmalçılığını, terrorizmə dəstəyini və region ölkələri arasındakı ixtilafları qızışdırmağı davam etdir, onu gücləndirir. İran rejimi həmçinin nüvə başlığı daşımağa qadir ballistik raket texnologiyasını inkişaf etdir, “Sepah” isə qanunsuz olaraq həmin raketləri vaxtaşırı sınaqdan keçirir. Bu isə qəbuledilməzdir. Hesab edirik ki, BMT Təhlükəsizlik Şurası İranın bu əməlləri qarşısında sakit qalmamalı, bunun qarşısını almaq üçün müvafiq tədbir görməlidir”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN