Nikki Haley: “İran, Orta Şərqdəki bütün terrorçu qruplaşmalarla əlbirdir”

2017-12-15

GünAzTV: Amerikanın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, dekabrın 14-də Pentaqonda jurnalistlərlə görüşündə İranın Orta Şərqin sabitliyini pozmasından, regionda terrorçu qruplaşmalara dəstəyindən və radikal şiə-husiləri silahlandırmasından danışıb.

 

İranı Yəməndəki husilərə silah və raket göndərməkdə günahlandıran Nikki Haley bildirib ki, dünya birliyi İranın ikinci Şimali Koreya çevrilməsinə imkan verməməli, nə qədər ki gec deyil, onun regionun sabitliyinə qarşı yənəlmiş dağıdıcı hərəkətlərinin qarşısını almalıdır: “Hazırda mənim arxamda gördüyünüz bu raket, Yəməndəki husilərin noyabrın 4-də Ər-Riyadın qeyri-hərbi hava limanına atdığı ballistik raketinin qalıqlarındandır. Bu raketin üzərində İranın “Şəhid Baqiri Sənaye Qrupu”nun nişanı var və raketin özəllikləri İranın istehsal etdiyi digər raketləri ilə eynidir. Raketin qalıqları isə araşdırılması üçün Səudiyyə Ərəbistanından Amerikaya göndərilib.

 

Bütün bu sübutlar bir daha göstərir ki, İranın nüvə sazişindən (“Bərcam”dan) sonrakı rəftarı nəinki dəyişməyib, əksinə bu ölkə Yəmən, İraq, Suriya və Livanda öz dağıdıcı fəaliyyətini hələ də davam etdirir. Rəsmi Tehranın bu hərəkətləri, onun üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd olduğu halda, həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnaməsini pozur. Məsələ ondadır ki, İran raketləri təkcə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qarşı deyil, hamıya və bütün bölgəyə qarşı ciddi bir təhdid və təhlükədir.

 

Bu gün, Orta Şərqdə elə bir terrorçu qruplaşma yoxdur ki, İran ona dəstək verməsin və ya onunla əlbir olmasın. İran, Orta Şərqdə hələ də mövcud çaxnaşmaları qızışdırıb alovlandırır. Təəssüflər olsun ki, İranın keçmişdəki rəftarında yaxşılığa doğru heç nə dəyişməyib və bu ölkə beynəlxalq terrrizmə dəstəyini bu gün də davam etdirir. Bunun isə qarşısı hesab edirik ki, dünya birliyi tərəfindən alınmalıdır. Vaşonqton isə öz növbəsində beynəlxalq bir koalisiya yaratmaqla İranın bu təhdidlərinin qarşısında dayanmaq niyyətindədir”.

 

 

Xatırladaq ki, İranın dəstəklədiyi şiə-husilərinin noyabrın 4-də Ər-Riyadın qeyri-hərbi beynəlxalq hava limanına atdığı ballistik raket, yerə düşməzdən əvvəl Səudiyyə Krallığının hava qüvvələri tərəfindən səmada məhv edilib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

İranın Xuzistan əyalətində qadınların boksla məşğul olması qadağan edilib

2020-06-01

gun az article

İranın Şuştər şəhərində 30-a yaxın ərəb fəalı həbs edilib

2020-05-31

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2516 nəfər xəstəliyə tutulub

2020-05-31

gun az article

Xuzistanın 20 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-05-31

gun az article

İranın Yəzd şəhərində daha 2 bəhai həbs edilib

2020-05-31

gun az article

Edama məhkum edilən güney azərbaycanlı həkimin son vəziyyəti

2020-05-31

gun az article

GünazTV May.30.2020: 7 milyon 600 min iranlı Qəbiristanlıqlar ətrafında yaşayır

2020-05-30

gun az article

İranda koronavirusa yoluxan və ölənlərin sayı yenidən artıb

2020-05-30

gun az article

İran rejiminin təhlükəsizlik qüvvələri noyabr etirazlarında öldürdükləri Puya Bəxtiyarinin qəbrini təhqir ediblər

2020-05-30

gun az article

İranda bütün məscidlər açılıb, "mall"lara qoyulan qadağalar aradan qaldırılıb

2020-05-30

gun az article

Ağ Evdən Xamneyinin statuslarına reaksiya: "Twitterin terroristlər və diktatorların mesajları ilə problemi yoxdur"

2020-05-29

gun az article

İran işğalçı Ermənistan rejimi ilə ticari əlaqələri daha da genişləndirir

2020-05-29

gun az article

İlam əyalətində koronavirusa yoluxanların sayı 961 nəfərə çatıb

2020-05-29

gun az article

Küveyt Amerikadan 84 ədəd Patriot raketi alır

2020-05-29

gun az article

GünazTV May.29.2020: İçməli su böhranı və müharibədən daha çətin olan vəziyyət

2020-05-29

gun az article

İranın 4-cü tankeri Venesuelaya çatıb

2020-05-29

gun az article

İranda daha 50 nəfər koronavirusdan ölüb, 2819 nəfər isə xəstəliyə yoluxub

2020-05-29

gun az article

İranın Dehdəşt şəhərində zəlzələ baş verib

2020-05-29

gun az article

İran parlamentinin keçmiş spikeri Əli Laricani iki yeni posta təyin edilib

2020-05-29

gun az article

İranla Hindistan arasında ticari dövriyyə əhəmiyyətli dərəcədə azalıb

2020-05-29