Nikki Haley: “İranın terrorçulara dəstək verməsi bölgə problemlərinin həllinə mane olur”

Nikki Haley: “İranın terrorçulara dəstək verməsi bölgə problemlərinin həllinə mane olur”

GünAzTV: Amerikanın BMT-dəki daimi nümayəndəsi Nikki Haley iyunun 29-da “Röyters” agentliyinə açıqlamasında İranın beynəlxalq terrorizmə dəstəyindən,  region ölkələrinin daxili işlərinə qarışmasından və BMT-nin tətbiq etdiyi sanksiyaları pozmasından danışıb.

 

Nikki Haley bildirib ki, İran BMT sanksiyalarını dəfələrlə pozsa da, Təhlükəsizlik Şurası bu barədə susur və rəsmi Tehrana qarşı hər hansı bir tədbir görməkdən imtina edir: “Bu isə qəbuledilməzdir. Biz İrana göstərməliyik ki, onun BMT sanksiyalarını pozması qarşısında sakit oturmayacaq, buna dözməyəcəyik.

 

“Sepah”ın “Qüds” qnadının komandanı Qasım Süleymaninin ölkə xaricinə səfərləri, İranın BMT-nin 2231 saylı qətnaməsini açıq-aşkar pozmasından bir nümunədir. Lakin indi ortaya çıxan sual budur ki, görəsən BMT İranın bu qanun pozuntusuna necə reaksiya verəcək. Təəssüflər olsun ki, İranın bölgədə yürütdüyü siyasəti, region problemlərinin dünya birliyi tərəfindən həllinə mane olur.

 

BMT-nin 2231 saylı qətnaməsi, İran ordusu komandirlərinin, o cümlədən də “Sepah”ın “Qüds” qanadının komandanı Qasım Süleymaninin xarici ölkələrinə qadağa qoyub. Bu qətnamə bütün ölkələrdən istəyir ki, bu kimi şəxslərin öz ərazilərinə girişinin qarşısını alsın. Lakin buna baxmayaraq, BMT baş katibinin hesabatında Qasım Süleymaninin dəfələrlə İraqa və Suriyaya səfəri barədə sənədlər öz əksini tapıb. Bu isə BMT Təhlükəsizlik Şurasının qətnamələrini açıq-aşkar pozmaq deməkdir”.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN