Nikki Hali: “Biz əsas günahkarlardan başlamalıyıq: İran və onun tərəfdaşı Hizbullah kimi...”

Nikki Hali: “Biz əsas günahkarlardan başlamalıyıq: İran və onun tərəfdaşı Hizbullah kimi...”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfiri İran və Hizbullah haqda danışarkən Amerikanın artmaqda olan bu təhlükəyə qarşı ölçülər götürəcəyini deyib.

 

BMT-nin Təhlükəsizlik Şurasının Yaxın Şərqə dair aylıq görüşündə Nikki Hali bildirib ki, əsasən də İsrail-Fələstin məsələsi olmaqla, şura regiondakı təhlükələrə daha ciddi yanaşmalıdır.

 

“Biz əsas günahkarlardan başlamalıyıq: İran və onun tərəfdaşı Hizbullah kimi...”.

 

Səfir bunların regionda terror əməlləri və hərbi əməliyyatları ilə sabitsizlik yaratdığını deyib.

 

“Bu gün onlar Bəşar Əl-əsədin qəddarlığına dəstək verir. Əsədin qüvvələri ilə çiyin-çiyinə döyüşənlər minlərlə mülki vətəndaşın qətlinə, milyonlarla insanın qaçqın düşməsinə səbəb olub” - deyə, Hali bildirib.

 

ABŞ-ın BMT-dəki səfiri İraq və Hizbullahı İraqda yaraqlılara təlim verdiyində, Yəməndə Husi üsyançılarını silahla təmin etməkdə günahlandırıb.

 

“Nə qədər ki, Təhlükəsizlik Şurası artmaqda olan təhlükəyə lazımı diqqət yetirmir, ABŞ bunun əksini edəcək” - deyə, səfir bildirib.

 

Halinin xəbərdarlığı ABŞ dövlət katibi Reks Tillersonun Tehranın dünya qüdrətləri ilə əldə etdiyi nüvə razılığının şərtlərinə əməl etdiyini deməsindən sonra təsadüf edir. (Amerikanın səsi)

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN