Nobel Sülh mükafatının qalibi açıqlandı

Nobel Sülh mükafatının qalibi açıqlandı

GünAz TV: 2017-ci il üçün Nobel sülh mükafatının sahibi açıqlanıb.

 

İsveç (Sued) Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (ICAN) layiq görülüb.

 

Bu mükafat təşkilata "nüvə silahlarından istifadənin faciəvi nəticələrə gətirib çıxarmasına diqqət ayırmaq sahəsindəki işləri və bu kimi silahların müqavilələrə əsasən qadağan olunmasındakı səylərinə görə" verilib. 

 

2017-ci il üçün Nobel sülh mükafatına 318 nəfərin namizədliyi irəli sürülmüşdü. Namizədlərdən 215-i fiziki şəxs, 103-ü isə təşkilat idi.

 

Qeyd edək ki, ötən il mükafatın sahibi Kolumbiyanın prezidenti Xuan Manuel Santos olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN