Norveç seçkilərində mühafizəkar liberalların tarixi zəfəri

Norveç seçkilərində mühafizəkar liberalların tarixi zəfəri

GünAzTV: Norveçdə keçirilən ümumi seçkilər gözlənildiyi kimi Baş nazir Erna Solbergin liderliyindəki koalisiya hökuməti qazandı.

 

Mərkəz-sağ partiyaların da kənardan dəstək verdiyi mühafizəkar liberallar parlamentdəki 169 kürsüdən 89-nu qazanaraq Məclisdə əksəriyyəti əldə etməyi bacarıb.

 

Seçicilərinin Almaniya Baş naziri Angela Merkelə bənzətdiyi Erna Solberg, tarixi bir müvəffəqiyyət əldə edib. Belə ki, 1985-ci ildən bu yana Norveçdə ilk dəfə mühafizəkar liberallar ard-arda seçki qazanmağı bacarıb. Solberg, immiqrantlar və neft qiymətlərinin düşməsi səbəbiylə yaşanan iki böyük böhranı sovuşdurmağı bacardıqlarını izah edərək seçicilərdən səs istəmişdi və qazandı.

 

R.X


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN