NPR: “İranın 3-cü dəfə kosmosa raket göndərməyə hazırlaşdığı ehtimal olunur”- FOTO

NPR: “İranın 3-cü dəfə kosmosa raket göndərməyə hazırlaşdığı ehtimal olunur”- FOTO

GünAz TV: Amerikanın Milli Radiosu- NPR İranın 3-cü raketi kosmosa göndərməyə hazırlaşdığının ehtimal edildiyi ilə bağlı reportaj hazırlayıb.

 

Radionun reportajında yayınlanmış fotoda İranın “İmam Xomeyni Aerokosmik Bazası”nda kosmosa raket göndərmək üçün hazırlıq işləri gördüyü müşahidə edilir.

 

 

Simnan vilayətində yerləşən və raket buraxıcılarla təchiz edilmiş “İmam Xomeyni Aerokosmik Bazası” 2017-ci ildə “Simurq” kosmik raket daşıyanın sınağı ilə rəsmən öz işinə başlamışdı. Amerikalı rəsmilər İranın iddialarının əksinə olaraq, həmin sınağı uğursuz adlandırmışdılar.

 

NPR-ın reportajına əsasən, son şəkillərə qədər hələ də bazada əvvəlki uğursuz sınaqdan qalmış yanıq əlamətləri və raketin qırıqları mövcud olub.

 

Digər fotolarda isə raket buraxıcılarının ətrafında, raketlərin sınaq üçün hazırlandığı yerlərdə maşınların hərəkət etdiyi nəzərə çarpır.

 

İran yanvar ayında kosmoso “Pəyam” adlı peyk göndərmək istəsə də, uğursuz olmuşdu. Növbəti dəfə fevral ayında baş tutmuş 2-ci cəhd də uğursuzluğa düçar olmuşdu.  

 

İkinci cəhddən sonra Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bildirmişdi ki, İranın raket proqramına qarşı daha ciddi məhdudiyyətlər qəbul edilməlidir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN