Nümayəndələr Palatasının sabiq spikeri İranın bombalanmasını istəyib

Nümayəndələr Palatasının sabiq spikeri İranın bombalanmasını istəyib

GünAz TV: Amerika Konqressinin Nümayəndələr Palatasının keçmiş spiker Nyut Qinqriç rəsmi Tehrana bağlı yaraqlıların ABŞ-ın Bağdaddakı səfirliyini işğal etmək cəhdinə cavab olaraq İranın bombalanmasını istəyib.

 

O bildirib ki, İran rejimi ABŞ-ın İraq Hizbullahının mövqelərinə endirdiyi hava zərbələri nəticəsində ölən yaraqlılara heç bir əhəmiyyət vermir, yalnız onlardan nə vəchlə olur-olsun, öz maraqları üçün istifadə edir.

 

"Birləşmiş Ştatlar İrana bu ölkənin torpağında cavab verməlidir. İranın diktatura rejimi İraqda öldürdüyümüz müttəfiqlərinə heç bir dəyər vermir. Düşmənin ürəyini həfəf almaqla, ona qəti cavab verib, bədəl ödəməyə məcbur etməliyik", - deyə Nyut Qinqriç Twitter səhifəsində yazıb.

 

O, həmçinin qeyd edib ki, İran ABŞ-ın səbr kasasını doldurduğu və təxribatçı addımlarından əl çəkmədiyi üçün rəsmi Vaşinqton bu rejimin mövcudiyyətini təhlükəyə atacaq cavab tədbirlərini artırmalı, eləcə də "Sepah" terror təşkilatının sərvətlərini dondurmalıdır.

 

Digər tərəfdən, ötən gün Amerika prezidenti Donald Tramp azadlığa qovuşmaq istəyən İraq xalqını ölkələrini İranın dominantlığından xilas etməyə çağırmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN