Nüvə razılaşmasını imzalayan 3 Avropa ölkəsi Antoniu Quterreşdən İranın raket proqramı ilə mübarizə aparmasını istəyiblər

Nüvə razılaşmasını imzalayan 3 Avropa ölkəsi Antoniu Quterreşdən İranın raket proqramı ilə mübarizə aparmasını istəyiblər

GünAz TV: Nüvə razılaşmasını imzalayan və Avropanın əsas ölkələrindən hesab edilən İngiltərə, Almaniya və Fransa Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quterreşə məktub göndərərək, ondan gələcək hesabatında İranın raket proqramı ilə bağlı hərtərəfli raport hazırlamasını istəyiblər.

 

Bu 3 ölkə məktubda İranın fəzaya peyk göndərməsi cəhdini və yeni ballistik raket təqdimatları keçirməsini Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə zidd olduğunu qeyd ediblər.

 

Fransa və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. 2231 saylı qətnamənin müddəalarına əsasən, BMT-nin üzvü olan ölkələr nüvə başlıqlar daşıya biləcək ballistik raketlərlə bağlı fəaliyyətlərdən çəkinməlidirlər.

 

Qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatları da dəfələrlə BMT-yə müraciət edərək, İranın raket proqramının 2231 saylı qətnamə və nüvə razılaşması ilə ziddiyyət təşkil etdiyini bildirib. Avropa İttifaqı ilə rəsmi Vaşinqton arasında bu xüsusda əvvəllər fikir ayrılığı mövcud olsa da, 3 ölkənin məktubu tərəflərin mövqeyinin yaxınlaşdığını göstərir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN