Obama İrana qarşı “milli fövqəladə vəziyyət”in vaxtını daha 1 il uzadıb

Obama İrana qarşı “milli fövqəladə vəziyyət”in vaxtını daha 1 il uzadıb

GünAzTV: ABŞ prezidenti Barak Obama yanvarın ABŞ Nümayəndələr Palatasının sözçüsü Pol Rayana və Senatın rəisi Co Baydenə məktub yazaraq İrana qarşı milli fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzatdığını bildirib.

 

Məktubda bildirilir ki, İran İslam Respublikası Amerikanın təhlükəsizliyinə qarşı təhdid olaraq qalır: “Nüvə fəaliyyətləri ilə əlaqədar İrana qoyulan sanksiyalar atom sazişinin əldə olunmasından sonra aradan qaldırılsa da, bu ölkənin digər sahələrdəki fəaliyyətini və rəftarını nəzərə alaraq qoyulan bəzi sanksiyalar qüvvədə qalacaq.

 

İran hökumətinin bir sıra əməlləri və onun yürütdüyü bəzi siyasətləri, Amerikanın bölgədəki mənafeyinə ziddir. İran tərəfindən səsləndirilən bəzi kəskin və qeyri adi təhdidlər, Amerikanın milli təhlükəsizliyini, onun iqtisadiyyat və xarici siyasətini təhlükə ilə üz-üzə qoyur. Məhz bunları nəzərə alaraq İranla münasibətlərdə tətbiq edilən milli fövqəladə vəziyyət rejiminin vaxtını daha 1 il uzatmağı qərara alıram”.

 

Xatırladaq ki, İrana qarşı fövqəladə vəziyyət rejimini ABŞ-ın keçmiş prezidenti Ceyms Karter 1979-cu ildə, Amerikanın Tehrandakı səfirliyinin işğal olunmasından və amerikalı diplomatların “Hizbullah”çı tələbələr tərəfindən girov götürülməsindən 10 gün sonra tətbiq edib. Həmin vaxtdan ABŞ prezidentləri hər il onun müddətini uzadır və İrana qarşı tətbiq edilən sanksiyaları qüvvədə saxlayır.

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN