Obama İrana qarşı qadağalar qanununu imzalayacaq

Obama İrana qarşı qadağalar qanununu imzalayacaq

GünAz TV: Amerika prezidenti Barak Obama Konqresin hər iki palatasının İrana qarşı qəbul etdiyi qadağaların 10 il uzadılmasına dair qanunu imzalayacaq.

Bunu Ağ Evin nümayəndəsi Erik Şults bəyan edib.

 

“Prezidentin bu qanunu imzalayacağı gözlənilir. Biz hesab etmirik ki, bu, İranın atom proqramına dair hərtərəfli sazişin gerçəkləşməsinə maneə ola bilər”, deyə Şults vurğulayıb.

 

Bundan əvvəl İran xarici işlər nazirliyi qadağaların uzadılmasını atom proqramı üzrə sazişə zidd olduğunu bildirib.

 

Qeyd edək ki, 1996-cı ildə İranın atom proqramına qarşı qəbul edilən qanunun icrasının müddəti bu ilin sonunda bitir. apa

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN