Onlarla iranlı yazıçı Ukrayna təyyarəsinin vurulmasına göstəriş verənlər və günahkarların hər birinin cəzalandırılmasını tələb edib

Onlarla iranlı yazıçı Ukrayna təyyarəsinin vurulmasına göstəriş verənlər və günahkarların hər birinin cəzalandırılmasını tələb edib

GünAz TV: İran daxilində fəaliyyət göstərən 180-dan çox yazıçı və ədəbi təşkilat “Sepah” tərəfindən Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı bəyanat yayıb.

 

Bəyanatda təyyarənin vurulmasına əmr verən, eləcə də əmri icra edən hər kəsin cəzalandırılması tələb edilir.

 

Bəyanatı imzalayan ədəbiyyat işçiləri həmçinin rejimin hadisədən sonra bilərəkdən xalqı aldatmasını və yalan məlumatlar yaymaqla, təyyarənin vurulmasını gizlətməyə çalışmasını tənqid ediblər.

 

“Bu kimi addımlarla yaxınlarını itirdiklərinə görə qəm-qüssə içində boğulan ailələrin aidiyyatı orqanların məsuliyyətsizliyi, yarıtmazlığı və səmərəsizliyindən də qəzəblənmələrinə şərait yaratmağı doğru hesab etmirik”,- deyə yazıçılar qeyd ediblər.

 

Xatırladaq ki, “Sepah” terror təşkilatının yanvarın 8-də raketlə vurduğu Ukraynaya məxsus Boeing 752 təyyarəsində olan 176 sərnişinin hamısı ölmüşdü. Həyatını itirənlər arasında Kanadada məskunlaşan iranlı diş həkimi və hekayə yazarı Hamed İsmayıliyunun xanımı və azyaşlı qızı da var.

 

Yazıçılar sonda təyyarənin vurulmasına göstəriş verənlərin və əmrə tabe olan günahkarların hər birinin şəffaf keçiriləcək məhkəmə prosesində öz cəzalarını alacaqlarına ümidvar olduqlarını bəyan ediblər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN