Ordu günü münasibəti ilə Əli Xamneyinin hərbçilər ilə görüşündə “Sepah” iştirak etməyib- FOTOLAR

Ordu günü münasibəti ilə Əli Xamneyinin hərbçilər ilə görüşündə “Sepah” iştirak etməyib- FOTOLAR

GünAz Tv: İranın “dini lider”i Əli Xamneyi ordu günündən bir gün öncə, aprelin 17-də ordu və quru qoşunlarının komandanları ilə görüşüb.

 

Xamneyi görüş zamanı iranlı hərbçilərin regionda digər ölkələrin ərazilərində gedən döyüşlərdə iştirakı və onların daxili işlərinə qarışmasını yüksək dəyərləndirib.

 

Əsas diqqət çəkən məqam isə “Sepah” komandanların görüşdə iştirak etməməsi olub. Bundan əlavə, Baş Qərargahın rəisi və komandanları (“Sepah”la yaxın əlaqələri var), eləcə də “Sepah”a yaxın olan müdafiə naziri də görüşdə iştirak etməyib. İnqilab Keşikçilərini burada yalnız rəhbərliyin ofisinin hərbi şöbəsinin rəhbəri Məhəmməd Şirazi təmsil edib.

 

Xamneyinin hərbi məsələlər üzrə müşaviri Rəhim Səfəvinin də görüşdə olmaması “dini lider” ilə İnqilab Keşikçiləri Korpusu arasında dərin ixtilafların mövcud olduğunu göstərir.

 

Son dövrlər ərzində ordunun daha da çox inqilab ideallarına meylinin artması və Xamneyinin orduya daha çox diqqət ayırması onun “Sepah”la bağlı mövqeyinin dəyişdiyini deməyə əsas verir. Xüsusilə də, sel zamanı əhaliyə kömək etmək üçün “dini lider” birbaşa olaraq orduya müraciət etmişdi. “Sepah”a isə bu barədə heç bir tapşırıq verilməmişdi. Görünür ki, “Sepah”ın terror fəaliyyətlərinin aşkara çıxarılmasından sonra beynəlxalq ictimaiyyətin quruma qarşı təzyiqləri Xamneyini alternativ olaraq orduya tərəf yönəlməyə sövq edib.

 

Digər tərəfdən, ötən il İnqilab Keşikçiləri Korpusu Xamneyinin Ali Milli Təhlükəsizlik Şurasına kəşfiyyat qurumlarının birləşdirilməsi ilə bağlı verdiyi tövsiyəyə qarşı çıxaraq, “Sepah”ın Kəşfiyyat İdarəsinin müstəqil orqan kimi qalmasını istəmişdi. Əlbəttə, “dini lider”in göstərişinə qarşı aşkar müxalifət “Sepah”ın arxa plana keçməsinə əsaslı təsir göstərən amillərdən biri kimi düşünülə bilər.

 

Ötən illər ərzində ordu günü münasibəti ilə Əli Xamneyinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlarının iştirakı ilə keçirdiyi görüşlər:

 

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN