Pakistan Amerikayla müdafiə sahəsində əməkdaşlığı dayandırdı

Pakistan Amerikayla müdafiə sahəsində əməkdaşlığı dayandırdı

GünAz TV: Pakistanın müdafiə naziri Xürrəm Dəstgir Xan bu ölkə ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında müdafiə və kəşfiyyat sahəsində əməkdaşlığın dayandırıldığını elan edib.

 

Bu addım Vaşinqtonun İslamabada maliyyə yardımını dondurmaq qərarı ilə bağlıdır.

 

X.Dəstgir Xan bildirib ki, iki ölkə arasında hörmət çərçivəsində açıq dialoqun vaxtı çatıb.

 

Qeyd edək ki, ötən həftə ABŞ Dövlət Departamenti terror təşkilatlarına qarşı qətiyyətli şəkildə mübarizə aparmayanadək Pakistana təhlükəsizlik sahəsində edilən maliyyə yardımının dayandırılacağını bildirmişdi. Trend

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN