Pakistan XİN: Hindistanın qərarı Cammu və Kəşmir xalqı üçün qəbuledilməzdir

Pakistan XİN: Hindistanın qərarı Cammu və Kəşmir xalqı üçün qəbuledilməzdir

GünAz TV: Hindistan hökuməti Konstitusiyada Kəşmir ştatına imtiyazların verilməsini nəzərdə tutan maddəni ləğv edib. 

APA-nın məlumatına görə, məsələ ilə bağlı Pakistan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb. 

Pakistan Hindistan hökumətinin Cammu və Kəşmirlə bağlı bugünkü qərarını şiddətlə qınayıb və rədd edib. 

“Cammu və Kəşmir beynəlxalq səviyyədə tanınan mübahisəli ərazidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunduğu kimi, Hindistan hökumətinin birtərəfli addımı bu mübahisəli statusu dəyişə bilməz. Bu addım Cammu və Kəşmir xalqı üçün qəbul edilməz olacaq. Bu beynəlxalq mübahisəli məsələdə iştirakçı tərəf olaraq Pakistan qanunsuz addımlara qarşı bütün mümkün imkanlardan istifadə edəcək. Pakistan Kəşmir məsələsinə sadiqliyini və işğal edilmiş Cammu və Kəşmir xalqının öz müqəddəratını təyin etmək hüququnun reallaşdırılmasına siyasi, diplomatik və mənəvi dəstəyini bir daha təsdiqləyir”,  - bəyanatda qeyd olunub. 

Xatırladaq ki, Hindistan Konstitusiyasının 370-ci maddəsi Cəmmu və Kəşmirə ölkənin digər ştatları ilə müqayisədə daha çox muxtariyyət hüququ verir. Belə ki, Cəmmu və Kəşmir ştatının özünə məxsus konstitusiyası, ayrıca bayrağı və xarici işlər, müdafiə və kommunikasiya sahələrindən başqa bütün digər sahələrdə qərar vermək hüququ var.

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN