Pakistanın keçmiş prezidenti həbs edilib

Pakistanın keçmiş prezidenti həbs edilib

GünAz TV: Pakistanın hüquq-mühafizə orqanları ölkənin keçmiş prezidenti və Pakistan Xalq Partiyasının həmsədri Asif Əli Zərdarini həbs edib.

 

APA-nın “Geo TV”-yə istinadən verdiyi xəbərə görə, A.Ə.Zərdari saxta bank hesablarının istifadəsində şübhəli bilinir.

 

Məlumata görə, bundan əvvəl məhkəmə Zərdari və onun bacısı Faryal Talpurun bununla bağlı apelyasiya şikayətini rədd edib.

 

Həbs Pakistanda anti-korrupsiya orqanı rolunu oynayan Milli Nəzarət-Qeydiyyat Bürosu tərəfindən həyata keçirilib. Əməliyyata çoxsaylı polis əməkdaşları cəlb edilib. Onlar sabiq prezidentin paytaxt İslamabaddakı evini mühasirəyə alıblar.

 

Qeyd edək ki, Asif Əli Zardari 2008-2013-cü illərdə Pakistanın prezidenti olub. O, Pakistanın sabiq baş naziri, 2007-ci ildə sui-qəsd nəticəsində həyatını itirən Benazir Bhutto ilə evli olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN